This hackathon is only open to students. Double check the event page for more information as this may mean only those from a particular university/country are eligible.
in person
Event Type
5
Participants
0
Est. Projects
Favourite
Calendar
Passport
Share
Data fetched about 10 hours ago
About this hackathon
🎮 GAMEPONSJAM VOL. 5 GERİ QAYIDIR! QEYDİYYAT BAŞLADI! Gamepons olaraq illərdir oyun tərtibatçılarını və oyun yaratmağa marağı olan insanları bir araya gətirən müxtəlif Game Jamlər təşkil edirik. Bu günə qədər 15-dən çox Game Jam həyata keçirmişik və hər biri yeni ideyaların, komandaların və oyunların yaranması üçün fərqli bir mühit yaradıb. İndi isə növbə Gameponsjam seriyasının 5-ci buraxılışındadır! Noyabr ayında 48 saat ərzində oyun yaratmaq, yeni insanlarla tanış olmaq, komanda qurmaq və ideyanı real oyuna çevirmək üçün yenidən bir araya gəlirik. Bəs Game Jam nədir? 🎮 Game Jam iştirakçıların məhdud vaxt ərzində müəyyən mövzu ətrafında oyun hazırladığı hakatondur. İştirakçılar 2–6 nəfərlik komandalarla bir araya gələrək ideya üzərində işləyir, oyun dizaynı, proqramlaşdırma, 2D və 3D art, səs və digər bacarıqları bir araya gətirərək 48 saat ərzində öz oyunlarını hazırlayırlar. Burada əsas məqsəd təkcə oyun yaratmaq deyil, eyni zamanda komanda ilə işləmək, yeni bacarıqlar sınamaq və qısa müddətdə bir ideyanı işlək məhsula çevirməkdir. 🤝 Gameponsjam Vol. 5 Gamepons və IGDA Azerbaijan’ın birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yaradıcı Mərkəz və SUP VC-nin dəstəyi ilə keçiriləcək. Bu dəfə Gameponsjam, hakaton, Game Jam və Demo Daylərin keçirilməsi üçün yaradılmış yerli HackathonHost platformasında baş tutacaq. 📅 Tədbir noyabr ayında Yaradıcı Mərkəz-də keçiriləcək. Dəqiq tarix növbəti postda elan olunacaq. İştirak ödənişsizdir, komandalar 2–6 nəfərdən ibarət olacaq və yerlər məhduddur. 🔥 Komandanı topla, 48 saata öz oyununu yarat və Gameponsjam Vol. 5-in bir hissəsi ol!